Gələcəyiniz diqqətimizdədir!

 info@igaplus.de    +994 (0) 55 420 6591

news-2

Almaniyada yaşamaq və çalışmaq üçün ən əsas şərtlərdən biri alman dilini bilməkdir. Bunun üçün Avropa standartları ilə müəyyən edilmiş, B2 (bəzi hallarda B1) dərəcəsində alman dili sertifikatlarından (Telc, Goethe, ÖSD, DSH, TestDaf) biri tələb olunur.

IGAplus GmbH proqramına qəbul edilmiş namizədlərə intensiv alman dili kursları tədris edilir və paralel olaraq namizədlərin təhsil diplomunun Almaniyada tanınması üçün işlər görülür. Kursu uğurla başa vuran namizədlər Almaniyada çalışmaq üçün tələb olunan dil biliklərinə sahib olurlar.

Proqram iştirakçılarının Almaniyadakı iş yerinə tezliklə uyğunlaşmasının təmin edilməsi məqsədilə tibb bacısı ixtisası üzrə biliklər elmi və praktiki əsaslarla Almaniya standartlarına uyğun tədris edilir.

Kursu uğurla bitirən iştirakçılar, Almaniyada tibb bacısı kimi əmək fəaliyyətinə başlaya bilərlər və onları Almaniyada yeni həyat gözləyir!