Gələcəyiniz diqqətimizdədir!

 info@igaplus.de    +994 (0) 55 420 6591

        IGAplus GmbH Almaniya Federativ Respublikasında yaradılmış MMC olmaqla, xaricdə (məs. Azərbaycan) dövlət statuslu tibb kolleclərində təhsil almış şəxslərin Alman dilini öyrənməsini və Almaniyanın beynəlxalq standartlara cavab verən klinika və qocalar evlərində yaxud ev şəraitində yüksək məvacibli tibb bacısı / qardaşı və ya baxıcı işi ilə təmin olunmasını təşkil edir.
        IGAplus GmbH-ın ən əsas tərəfdaşı olan Volkssolidarität Bundesverband e.V. Almanıyadakı işəgötürənlər və dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində diplomların maneəsiz tanınmasını və işə qəbul olma prosesinin asanlaşmasını təmin edir.

Nə təklif edirik?

İş yeri

Sizi, Almaniyanın modern təchizatlı klinikalarında, qocalar evlərində yaxud da ev şəraitində tibb bacısı/ qardaşı eləcə də baxıcı peşəsi üzrə zəmanətli işlə təmin edirik.

Minimum əmək haqqı 1.500 Avro

Sizi, net (vergilər çıxıldıqdan sonra) 1.500 Avro-dan başlayan ilkin aylıq əmək haqqı ilə təmin edirik ki, onu qısa müddət ərzində iş təcrübəniz əsasında qaldırmaq imkanınız vardır.

Müddətsiz əmək müqaviləsi

Əmək müqaviləsi əsasında Almaniyada lisenziyalı tibb bacısı/ qardaşı eləcə də baxıcı kimi müddətsiz işləmək və yaşamaq hüququ əldə edəcəksiniz.

İxtisas yönümlü dil kursları

Sizi, alman dilini mükəmməl öyrənmək eləcə də tibb bacısı/ qardaşı peşəsi üzrə bilik və bacarıqlarınızı alman standartlarına uyğunlaşdırmaq üçün ödənişsiz olaraq ixtisas yönümlü alman dili kursları ilə təmin edirik.

Beynəlxalq səviyyədə lisenziyalı tibb bacısı/ qardaşı

Əldə etdiyiniz iş təcrübəsi Sizə Almaniyada və eləcə də beynəlxalq səviyyədə lisenziyalı tibb bacısı\ qardaşı kimi fəaliyyət göstərmək və karyera qurmaq imkanı verəcəkdir.

Dəstək

Almaniyaya inteqrasiya və orada yaşamaq ilə bağlı bütün məsələlərdə Sizə dəstək göstəririk. Bu proses Sizinlə müqavilə imzalandığı andan vizanın alınmasına eləcə də Almaniyaya köçüb işə başlayana qədər fasiləsiz həyata keçirilir və ondan sonrakı mərhələlərdə də periodik olaraq davam edir.

Xidmətimiz: Uğurlu gələcəyə aparan yol

Almaniyanın yüksək keyfiyyətli klinika və qocalar evlərində yaxud ev şəraitində tibb bacısı \ qardaşı peşəsinin incəliklərinə yiyələnmək və beynəlxalq səviyyədə iş təcrübəsi və lisenziyası olan kollegial komandanın tərkib hissəsi olmaq şansını Sizlərə təklif edirik

Xəbərlər

Daha çox
Perspektivlər

Almaniya mükəmməl infrastrukturu, müasir qocalar evi, klinikaları və xəstəxanaları ilə təbii ki, hərkəs üçün cəlb edicidir. IGAplus GmbH vasitəsilə Siz Almaniyanın tibb müəssi

Daha çox
Mərhələlər

Uğura gedən yol üçün aşağıdakı mərhələlərdən keçmək tələb olunur. 

1. IGAplus GmbH tibb bacısı proqramına m

Daha çox