Gələcəyiniz diqqətimizdədir!

 info@igaplus.de    +994 (0) 55 420 6591

Perspektivlər

Almaniya mükəmməl infrastrukturu, müasir qocalar evi, klinikaları və xəstəxanaları ilə təbii ki, hərkəs üçün cəlb edicidir. IGAplus GmbH vasitəsilə Siz Almaniyanın tibb müəssisələrində qanuni əmək müqaviləsi əsasında çalışa bilərsiniz. Almaniyanın tibb müəssisələri yalnızca insan rahatlığını düşünən komfortla deyil, eyni zamanda öz müasir tibb texnologiyası ilə dünyanın qabaqcıl ölkələri sırasındadır. Eyni zamanda tibb bacıları və həkimlər vahid komanda şəklində xəstələrin sağlamlığı və rahatlığı üçün ən mükəmməl xidmətin göstərilməsi üçün çalışırlar. IGAplus GmbH proqramın gedişatında Sizə Almaniyada gələcəkdə çalışacağınız klinika barədə nəinki məlumat verir, hətda Alman tibb müəssisələrinin nümayəndələrini Azərbaycana dəvət edərək, Sizinlə şəxsən tanış edir və Sizə gələcəkdəki iş yeriniz barədə məlumat əldə etməyə imkan yaradır. IGAplus GmbH tərəfindən həyata keçirilən bu cəlbedici proqram, Almaniyada çalışmaq istəyənlər üçün əsl perspektivi olan uğurlu kariyera, gözəl gələcək və sosial rifah təklif edir. Bu uğura gedən yol qarşılığında Sizdən sadəcə çoxlu enerji, öhdəlik, məsuliyyət və səbr tələb edilir.

Əmək haqqı

IGAplus GmbH proqramı vasitəsilə Almaniyada tibb müəssisəsində və ya qocalar evində işlə təmin olunmuş hər bir tibb bacısı üçün 1.500 avrodan başlayan əmək haqqı (vergilər çıxılmaqla) nəzərdə tutulur. Bundan başqa iş təcrübəsindən, təhsilindən və ən əsası gələcəkdəki fəaliyyətindən asılı olaraq əmək haqqının artırılması və aparıcı vəzifələrə yüksəlmə imkanları mövcuddur. Bizim Almaniyadakı tərəfdaşlarımız məhz, bacarıqlı, potensialı olan və liderlik xarakteri olan tibb işçilərinə daha da üstünlük verirlər. Almaniyada işlə təmin olunduqdan sonra, Siz eyni zamanda tibbi sığorta (Krankenversicherung) ilə təmin olunursunuz. Yəni hər hansı xəstəlik zamanı bütün ödənişləri sığorta şirkəti qarşılayır.